"Əsas vəzifə Çini bütün cəbhələrdə cavanlaşdırmaqdır"

 17:30 27.12.2023     263

Çin prezidenti Si Cinpin Mao Tszedunun 130 illiyi münasibətilə keçirilən tədbirdə Qərb kapitalist modelinə alternativ olacaq Çin modernləşməsi konsepsiyasını təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Millətin və Çin Kommunist Partiyasının (ÇKP) əsas vəzifəsi Çinin modernləşdirilməsini davam etdirərək ölkəni daha güclü etmək və Çin millətini bütün cəbhələrdə cavanlaşdırmaqdır".

O, bu konsepsiyanı "Mao Zedong da daxil olmaqla, veteran inqilabçılardan ötürülən bir iş" adlandırıb və bu, indi Çindəki bugünkü kommunistlərin təntənəli tarixi məsuliyyətinə çevrildiyini bildirib.

Bundan əvvəl Si Cinpin Mao Tszedonu bütün dünyada məzlum xalqların azad edilməsinə mühüm töhfələr vermiş böyük beynəlmiləlçi adlandırmışdı. O, əlavə edib ki, Çin Xalq Respublikasının ilk sədri “Marksizmin çinləşdirilməsi” prosesinə başlayıb və onunla birlikdə “Çinin milli dirçəlişi” prosesi başlayıb.

NƏRGİZ