Yeni prezident əhalini pul daşımaq işgəncəsindən xilas edəcək

 17:53 27.12.2023     232

Argentina 20 və 50 minlik əskinasları çap etməklə, hazırda iki min peso olan ən böyük əskinasları 25 dəfə artıracaq.

Redaktor.az xəbər verir ki, bu qərar ölkədə illik istifadədə 140 faizi ötmüş yüksək inflyasiya, həmçinin Argentina hakimiyyətinin iki həftə əvvəl elan etdiyi milli valyutanın devalvasiyası fonunda qəbul edilib.

Yeni prezident Javier Mileyin sözlərinə görə, hazırda nağd pul ödəyərkən insanlar özləri ilə böyük torbalar aparmağa məcbur olurlar. Bu da öz növbəsində “işgəncədir”. Vətəndaşlar hazırkı məzənnə ilə ekvivalenti təxminən 25 və 62 dollar olan yeni əskinaslardan istifadə etməklə bundan xilas ola biləcəklər. Hazırda 2,5 dolların maksimum dəyəri bu ilin fevralında tədavülə buraxılmış iki min peso əskinasa uyğun gəlir.(publika)