Gələn il Təbrizdə Ermənistanın konsulluğu açılacaq

 18:00 27.12.2023     299

İran Ermənistanın Təbrizdəki Baş Konsulluğunun 2024-cü ilin əvvəlində açılacağına ümid edir.

Redaktor.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

Abdullahianın sözlərinə görə, İran tərəfi bu gün Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasına razılıq verib.