Robert Koçaryana qarşı cinayət işinə xitam verildi

 19:37 27.12.2023     301

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı iddia müddətinin başa çatması ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.

Redaktor.az "armenpress"ə istinadən xəbər verir ki, məhkəmə Robert Koçaryanın sərhədi keçməsinə qoyulan qadağanın, eləcə də əmlakının üzərinə həbs qoyulmasının aradan qaldırılması barədə də qərar verib.

Bundan əlavə, məhkəmənin qərarı ilə girov pulu Koçaryana qaytarılıb.

Xatırladaq ki, Koçaryan 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu (apa).