Putin Hindistanın baş nazirini Rusiyaya dəvət etdi

 21:07 27.12.2023     260

Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfərini görməkdən şad olacağını bildirib.

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

“Biz dostumuz, cənab Hindistanın Baş naziri Modini Rusiyada görməkdən şad olarıq”, - Rusiya lideri Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə görüşdə deyib. 

Yusif EYVAZLI