Yaralı İsrail əsgərləri Netanyahu ilə görüşməkdən imtina etdilər
Bəzi yaralı İsrail əsgərlərinin Qüdsdəki xəstəxanaya səfəri zamanı Baş nazir Benyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilir.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yaralanan 18 İsrail əsgərindən 15-i Netanyahunun otağına girməsini istəməyib.
Netanyahu isə bildirib ki, yaralılar onu böyük coşğu ilə qarşılayıb və onlara İsrail dövlətinin tam qələbəyə çatmaq üçün birləşmiş və qətiyyətli olduğunu söyləyiblər.
Humay İSGƏNDƏRLİ