Sərnişin təyyarəsi donmuş çaya eniş etdi
Göyərtəsində 30 sərnişin olan Rusiya təyyarəsi Yakutiyada donmuş çaya eniş edib.
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, məlumata görə, təyyarədə 30 sərnişinlə yanaşı, 4 ekipaj üzvü də olub.
Onların heç biri xəsarət almayıb. Təyyarə də zədələnməyib.
Federal Hava Nəqliyyatı Agentliyi "An-24"ün çaya enməsini ciddi insident kimi təsnif edib.
Prokurorluğun ilkin məlumatlarına görə, buna səbəb ekipaj səhvi ola bilər.
Həmidə İBRAHİMLİ