"Rusiya ilə Ermənistan arasında çətinlik müvəqqətidir"
Rusiya ilə Ermənistan arasında çətinlik müvəqqətidir.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
“Biz əminik ki, bütün çətinliklər müvəqqəti xarakter daşıyır və siyasi iradə göstərilərsə aradan qaldırılacaq”, - o vurğulayıb.
Lavrov Ermənistandakı hərbi baza məsələsinə də toxunub:
“Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda yerləşməsinin məqsədəuyğunluğu barədə müzakirələr aparmağı zərərli hesab edirik”.
Onun sözlərinə görə, Rusiya bazası 1995-ci il martın 16-sı bağlanan sazişə uyğun olaraq Ermənistanda yerləşdirilib.
Lavrov, həmçinin qeyd edib ki, hazırda rusiyalı hərbçilər regionda sülhün təmin edilməsində əsas elementdirlər.