Qriqoryan və Abdullahian GÖRÜŞDÜ

 11:08 28.12.2023     215

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

İqtisadiyyat və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrə dair məsələlər müzakirə olunan görüşdə hər iki tərəf ölkə əməkdaşlığının dərinləşdirilməsinin və bu istiqamətdə sazişlərin həyata keçirilməsi üçün səmərəli addımların atılmasının vacibliyini vurğulayıb.

Tərəflər Ermənistan hökumətinin təqdim etdiyi “Sülhün kəsişməsi” layihəsinə də toxunub və regionumuzda uzunmüddətli sülhün vacibliyini vurğulayıblar.

NƏRGİZ