Jak Delor vəfat etdi

 12:19 28.12.2023     117

Avropa Komissiyasının keçmiş rəhbəri Jak Delor vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə onun qızı Martina Aubri AFP-yə məlumat verib.

Onu avronun atası və müasir Avropa İttifaqının memarı adlandırırlar. Qızının sözlərinə görə, Delor Parisdəki evində yuxuda olarkən ölüb. Onun 98 yaşı var idi.

1981-1984-cü illərdə Delor Fransa prezidenti Fransua Mitteran hökumətində maliyyə naziri olub, 1985-ci ildə isə Avropa Komissiyasına rəhbərlik edib.

Delor üç müddət - 1995-ci ilə qədər Avropa Komissiyasına rəhbərlik edib. Bu onillik Aİ ölkələrinin daxili inteqrasiyasının gücləndirilməsi dövrü hesab olunur. Xüsusilə, ümumi bazar məkanının yaradılması başa çatdırılıb, Şengen sazişləri bağlanıb, "Erasmus" tələbə mübadiləsi proqramı qəbul edilib, vahid Avropa valyutası olan avro təsis edilib.