Kirkorovun saytının bloklanma səbəbi AÇIQLANDI
Rusiyalı estrada müğənnisi Filipp Kirkorovun saytının bloklanma səbəbi açıqlanıb.
Redaktor.az "RBC"ə istinadən xəbər verir ki, bu barədə saytı idarə edən Sprinthost şirkətinin nümayəndələri bildiriblər.
“Saytın bloklanmasının partiyalarla, Roskomnadzorla və başqa şeylərlə heç bir əlaqəsi yoxdur. Saytın fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. İnternetdə yayılan məlumatlar həqiqətə uyğun deyil”, - deyə qurumdan bildirilib.
Şirkət nümayəndələri onu da əlavə ediblər ki, yaxın vaxtlarda saytın işə başlaması üçün Kirkorovun vebmasteri ilə əlaqə saxlamağa çalışırlar.
Qeyd edək ki, bundan əvvəl rusiyalı estrada müğənnisi Filipp Kirkorovun rəsmi saytının bloklandığı barədə məlumat yayılmışdı.
Bundan əvvəl Kirkorov aparıcı və bloqqer Anastasiya İvleyevanın çılpaq gecəsində iştirak etdiyi üçün “İvan Vasilyeviç hər şeyi dəyişir” komediyasının posterindən çıxarılıb.
NƏRGİZ