Eyni vaxtda 2 zəlzələ

 13:14 28.12.2023     159

Türkiyənin Bingöl vilayətində 2 zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Yedisu və Genç rayonlarında baş verən hər iki yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocaqları müvafiq olaraq yerin 5 və 9.8 kilometr dərinliyində yerləşən zəlzələlərdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.