"Anti-Rusiya sanksiyaları xalqı birləşdirdi" - Lavrov
Rusiya xalqı yalnız Qərbin sanksiyaları və Moskvaya təzyiqləri səbəbindən birləşdi.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya əleyhinə məhdudiyyətləri müsbət nəticə adlandırıb.
“Sanksiyalar xalqı həyəcanlandırmalı, etiraz dalğaları yaratmalı idi, lakin xalqın birliyinə nail oldular”, - Rusiya XİN rəhbəri bildirib.
Lavrov bu açıqlamadan əvvəl xəbərdarlıq etmişdi ki, gələn il dünya yenidən Qərbin geosiyasi maxinasiyalarından əziyyət çəkə bilər. O, vurğulayıb ki, 2024-cü ildə yeni eskalasiyalardan heç kim sığortalanmayıb, çünki Qərb ölkələrinin hakim dairələri öz problemlərini başqa xalqların hesabına həll etmək üçün böhranlar törədirlər.
NƏRGİZ