Fransızlar Makronu "içki dostu" kimi görməkdən imtina etdilər
Fransa İctimai Rəy İnstitutu və CorioLink kommunikasiya agentliyinin sorğusuna qatılan fransızların böyük əksəriyyəti ölkənin hazırkı prezidenti Emmanuel Makronla deyil, ifrat sağçı Milli Ralli partiyasının rəhbəri Mari Le Pen ilə pivə içməyə üstünlük verdiklərini bildiriblər.
Redaktor.az xəbər verir ki, nəticələr "ifop" saytında dərc olunur.
Beer Test sorğusunun nəticələrinə görə, fransızlar ən çox keçmiş Baş nazir Eduard Filip (37 faiz), Mari Le Pen (35 faiz) və hazırkı Fransa təhsil naziri ilə (34 faiz) görüşmək istərdilər. Tədqiqat iştirakçılarının yalnız 28 faizi Makronun tərəfdarı olub.
Qeyd olunur ki, bu sorğunun mövcud olduğu altı il ərzində Mari Le Pen respondentlər arasında 10 faiz bəndi toplayaraq əhəmiyyətli irəliləyiş əldə edib. Eyni zamanda, 2017-ci ildə Makron onunla bir stəkan köpüklü içki içərək görüşmək istəyən Fransa vətəndaşlarının 44 faiz səsinin dəstəyini qazanıb ki, hazırki səsvermə onun seçicilər tərəfindən dəstəyinin xeyli azaldığını göstərir.
NƏRGİZ