ABŞ-da "Apple Watch" satışları bərpa edildi
ABŞ- da yeni nəsil Apple Watch-un satışına qoyulan qadağa dayandırılıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Dekabrın 27-də Federal Apellyasiya Məhkəməsi Apple Watch 9 və Apple Watch Ultra 2-nin satışına və idxalına qoyulan qadağanı dayandırıb. Artıq korporasiyanın bir sıra oflayn mağazalarında ağıllı saatların satışı bərpa olunub.
Hazırda patent pozuntusu məsələsi ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilir və onlar yanvarın 12-də vəziyyətlə bağlı qərar verəcəklər.
Yusif EYVAZLI