Trampın "Evdə tək 2"də çəkilməsinin sirri
Rejissor Kris Kolumb ABŞ-ın keçmiş prezidenti Donlad Trampın “Evdə tək 2” filmində görünməsinin sirrini açıqlayıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Kolumb çəkilişlərin o zaman Trampa məxsus olan New York Plaza otelinin foyesində aparıldığını vurğulayıb.
“Biz qonorarı ödədik, amma o da dedi ki, New York Plaza Hoteldən istifadə edə biləcəyiniz yeganə yol filmdə çəkilməyimdir”, - deyə rejissor bildirib.
Ancaq keçmiş Amerika liderinin sözlərinə görə, film seriyasının rejissoru Kris Kolumb ona çəkilişlərdə iştirak etməsi üçün yalvarıb.
Humay İSGƏNDƏRLİ