Almaniyada daşqınlar nəzarətdən çıxdı: Mübarizəyə 100 minə yaxın insan cəlb edildi

 10:43 29.12.2023     153

Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniya federal əyalətinin səlahiyyətliləri daşqınlarla mübarizə üçün müxtəlif xidmətlərdən olan 100 minə yaxın işçini səfərbər edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Aşağı Saksoniyada bir çox çaylarda suyun səviyyəsi, xüsusən də ştatın cənub hissəsində maksimum həddi keçib.

Bəzi küçələrdə suyun səviyyəsi 40-50 sm-ə çatdıqdan sonra Celle rayon rəhbərliyi təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilməsini müvəqqəti olaraq kəsmək qərarına gəlib.

Humay İSGƏNDƏRLİ