Çin Zelenskinin düsturu ilə bağlı sualı cavablamaqdan İMTİNA ETDİ

 12:04 29.12.2023     196

Çin Rusiya-Ukrayna böhranının həllini təşviq etmək üçün əvvəlki siyasətini davam etdirəcək.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq departamentin brifinqində Ukrayna lideri Zelenskinin düsturuna uyğun olaraq Çin nümayəndələrinin gizli görüşdə iştirakı ilə bağlı sualı cavablandırıb.

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və çox aydındır. Biz hər zaman atəşkəs və böhranın siyasi həllində konstruktiv rol oynamağa sadiq olmuşuq. Biz həmçinin böhranın siyasi yolla tezliklə həllinə kömək etmək üçün öz yollarımızla danışıqları stimullaşdırmağa davam edəcəyik”, - o, jurnalistlərin sualını cavablandırıb.

NƏRGİZ