İranla Rusiya valyuta ilə bağlı saziş imzalayacaq
“İran və Rusiya 2024-cü ilin ilk rübündə valyuta ilə bağlı saziş imzalayacaqlar”.
Redaktor.az “ISNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Mərkəzi Bankının sədri Məhəmməd Reza Farzin açıqlayıb.
Onun sözlərinə görə, saziş iki ölkəyə milli valyuta ilə ticarət aparmağa imkan verəcək.