İsrail HƏMAS-ın yeraltı tunellərini bu üsulla AŞKARLAYIR
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının yaraqlılarının istifadə etdiyi iddia edilən tunelləri araşdırmaq üçün çevik dronlardan fəal şəkildə istifadə edir.
Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail əsgərləri əvvəlcə Qəzza zolağında tunellərin kəşfiyyatının müxtəlif üsullarını sınaqdan keçiriblər: robotlar, robot itlər və canlı itlər. Bununla belə, onlar belə qənaətə gəldilər ki, dronlar yeraltı labirintləri araşdırmaq üçün ən ucuz və effektiv variantdır.
Hərbçilər hazırda ABŞ və İsraildə ofisləri olan XTEND-in kiçik dronlarından istifadə edirlər. Qurğular onlayn rejimdə ərazinin rəqəmsal üçölçülü modelini yaradan xüsusi kameralarla təchiz olunub. Bu texnologiya sayəsində otaqlarda və yeraltı tunellərdə daha rahat uça bilirlər. Qəzet qeyd edir ki, bəzi pilotsuz uçuş aparatları kiçik miqdarda partlayıcı maddə daşıya bildiyi üçün təkcə kəşfiyyat üçün deyil, həm də hədəfli zərbələr endirmək üçün geniş istifadə olunur.
"Politico"nun daha əvvəl xəbər verdiyi kimi, İDF Qəzzada girovların axtarışı üçün getdikcə daha çox ucuz, Amerika istehsalı olan dronlardan istifadə edir.
NƏRGİZ