Hizbullah İsrailin videomüşahidə kamerasını məhv etdi
Şiə Hizbullah partiyasının silahlı qanadının döyüşçüləri İsrailin Dovev və Baram sərhəd bölgələrində müşahidə kameraları olan qüllələrə hücum ediblər.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə şiə birləşmələrinin Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
"Birbaşa zərbə nəticəsində düşmənə Livan ərazisinə nəzarət etməyə imkan verən texniki avadanlıq sıradan çıxarılıb. Zərbələr Dovev və Baramda yeni videomüşahidə kameralarının quraşdırılması üzrə mühəndis işləri zamanı həyata keçirilib”.
Bəyanatda bildirilir ki, hücum “İsrailin Qəzza zolağında təcavüzünə qarşı çıxan Fələstin xalqına dəstək məqsədilə” həyata keçirilib.
Bundan əvvəl şiə dəstələri İsrail qoşunlarının Hədəb Yarundakı möhkəmləndirilmiş ərazisinə iki dəfə raket zərbələri endirib, bu hücumların nəticələri barədə məlumat verilməyib.
Buna cavab olaraq İsrail pilotsuz təyyarələri zərbənin gəldiyi atəş mövqelərinə hücum edib.
NƏRGİZ