Putinin seçki saytı hücumlara məruz QALDI

 19:37 29.12.2023     218

Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putinin saytı xaricdən çoxsaylı "DDoS" hücumlarına məruz qalıb, lakin hazırda normal fəaliyyət göstərir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Alexander Suvorov qərargahının mətbuat katibi məlumat verib.

"Rusiya prezidentliyinə namizəd Vladimir Putinin saytında "DDoS" hücumları həyata keçirilib" - qərargahın mətbuat katibi bildirib.

Onun sözlərinə görə, hücumlar xaricdən həyata keçirilib.

"Saytın qorunması üçün bütün lazımi tədbirlər görülüb", - Suvorov vurğulayıb.

Yusif EYVAZLI