Cənubi Afrikada daşqınlar 14 nəfərin həyatına son qoydu
Cənubi Afrikanın şərqində yağışın səbəb olduğu daşqın qurbanlarının sayı 14-ə çatıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə yerli radiostansiya məlumat yayıb.
Xilasetmə xidmətləri son saatlarda çayın apardığı daha bir neçə cəsəd aşkarlayıb. Bundan əvvəl polis 11 nəfərin öldüyünü açıqlamışdı.
Yerli hakimiyyət orqanları yaxın 24 saat ərzində daşqın qurbanlarının sayının arta biləcəyini istisna etmirlər.
Yusif EYVAZLI