Astana hava limanına gələn 27 reys gecikir
Astana hava limanı çətin hava şəraiti ilə əlaqədar təyyarələrin enişini dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a hava limanının mətbuat xidmətindən məlumat verilib.
"Saat 09:30-dan 12:00-dək Astana Beynəlxalq Hava Limanının aerodromu çətin hava şəraiti ilə əlaqədar təyyarələrin qəbulu üçün bağlıdır. Hazırda paytaxt hava limanına gələn 27 reys gecikir. Aviaşirkətlər həmçinin hava limanında uçuş və eniş üçün əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşların təxirə salınması barədə qərar qəbul ediblər”, - deyə mətbuat xidmətindən bildirilib.
Paytaxt hava limanı yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyib.
Humay İSGƏNDƏRLİ