İsrail Qəzzadakı Nuseyrat qaçqın düşərgəsini yenidən vurdu
İsrail qüvvələrinin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat fələstinli qaçqınlar düşərgəsinə növbəti zərbəsi dinc əhalinin ölümünə səbəb olub.
Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, məscidin yanında yerləşən ev atəşə tutulub. Ölən və yaralananların sayı barədə məlumat verilmir.
Hazırda Əl-Bureyc qaçqın düşərgəsi ərazisində radikal qruplaşmaların döyüşçüləri ilə İsrail hərbçiləri arasında şiddətli toqquşmalar gedir.
Ötən gün İsrailin Nuseyrat düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 20 nəfər ölüb, onlarla insan itkin düşüb. Yerli KİV-in məlumatına görə, bir neçə yaşayış binasına hücum edilib.
Həmidə İBRAHİMLİ