Rusiya səmasında 32 PUA zərərsizləşdirildi
"Dekabrın 30-na keçən gecə hava hücumundan müdafiə qüvvələri Kiyev rejiminin Rusiya ərazisindəki hədəflərə qarşı təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısını alıb".
Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 32 pilotsuz uçuş aparatını havada məhv edib və onları Bryansk, Oryol, Kursk və Moskva vilayətlərinin əraziləri üzərində ələ keçirib”, - deyə nazirliyin teleqram kanalında yerləşdirilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Həmidə İBRAHİMLİ