İndoneziyada 5,9 bal gücündə zəlzələ

 10:17 30.12.2023     198

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az "TASS"a isttinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 250 min insanın yaşadığı Banda Açe şəhərindən (Sumatra adası) 414 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Həmidə İBRAHİMLİ