ABŞ İsrailə raket satışına icazə verdi

 11:41 30.12.2023     180

ABŞ Dövlət Departamenti "M107" 155 mm-lik artilleriya mərmiləri və müvafiq avadanlıqların təxminən 147,5 milyon dollara İsrailə mümkün satışını təsdiqləyib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin saytında yazılıb.

Departamentin məlumatına görə, İsrail əvvəlcə ABŞ-dan bu tipli 4792 sursat istəyib. Bundan əlavə, ilkin yardıma 52 229 "M795" mərmi daxildir. Sursat İsrailə ABŞ ordusunun anbarından veriləcək.

“Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir və İsrailə güclü və hazır özünümüdafiə qabiliyyətini inkişaf etdirməyə və saxlamağa kömək etmək ABŞ-ın milli maraqları üçün çox vacibdir. Təklif olunan satış bu məqsədlərə uyğundur”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl ABŞ Yaxın Şərqdə atəşkəsə qarşı çıxıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, Vaşinqton davamlı sülhü qəti şəkildə dəstəkləsə də, ölkə təcili atəşkəs çağırışlarını dəstəkləmir.

NƏRGİZ