Fransa aprelin 1-dən əcnəbi imamların fəaliyyətinə QADAĞA QOYUR

 12:08 30.12.2023     195

Əcnəbi imamlar 2024-cü il aprelin 1-dən Fransada "öz səlahiyyətləri daxilində" işləyə bilməyəcəklər.

Redaktor.az "France Presse"yə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmaninin bir sıra ölkələrə ünvanladığı məktubunda deyilir.

Agentlik məktubdan sitat gətirir: "2024-cü il aprelin 1-dən sonra ölkədə olan əcnəbi imamlar “bu statusda” işlərini davam etdirə bilməyəcəklər".

Təklif olunan tədbirlərin məqsədi əcnəbi imamların Fransada təbliğat aparmasının qarşısını almaq deyil, Fransada heç bir imamın başqa dövlətin işçisi olmaması və xüsusən də ondan pul mükafatı almamasıdır.

Maraqlanan əcnəbi imamlar xarici ölkədə işləmək əvəzinə yerli dini qurumlarla əməkdaşlıq yolu ilə statuslarını dəyişməyə təşviq ediləcək.

NƏRGİZ