Baydenin Ukrayna ilə bağlı QORXULARI

 12:39 30.12.2023     266

Amerikalı iqtisadçı Riçard Volf bildirib ki, ABŞ prezidenti Co Bayden Ukraynadakı fəlakətdən qorxur.

Redaktor.az xəbər verir ki, müvafiq şərh "Dialogue works YouTube" kanalına müsahibəsində dərc olunub.

Ekspertin fikrincə, Ukraynadakı vəziyyətə görə bu ölkənin əsas nümayəndələrinin gələcəyi sual altındadır.

“Onların gələcəyi, yəni Bayden, Blinken, Cek Sullivan və digər baş məsləhətçilərin gələcəyi indi sual altındadır. Bu, möhtəşəm xarici siyasət uğursuzluğu ilə əlaqələndirilir. Keçmişdə belə uğursuzluqlar insanların reputasiyası və siyasi gələcəkləri bahasına başa gəlib. Düşünürəm ki, onlar çox qorxurlar  və tamamilə haqlı olaraq eyni şey onların başına gələ bilər".

Bundan əlavə, o vurğulayıb ki, Ağ Ev Rusiya ilə münaqişədə Ukraynanın üstünlüyünə inanır, lakin onun hesablamaları və ehtimalları səhvdir. Eyni zamanda, döyüşlərin nəticəsi Bayden administrasiyasının gözləntilərini doğrultmadı", - deyə iqtisadçı yekunlaşdırıb.

Bildirək ki, dekabrın əvvəlində Bayden NATO-ya Ukraynadan gələn təhdidlər barədə xəbərdarlıq etmişdi.

NƏRGİZ