Putin yalnız bu 2 Avropa liderinin Yeni ilini təbrik etdi
Rusiya prezidenti Vladimir Putin xarici dövlət və hökumət başçılarına Milad və Yeni il münasibətilə təbriklər göndərib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, o, Avropa liderlərindən yalnız Macarıstanın baş naziri Viktor Orban və Serbiya prezidenti Aleksandr Vuçiçi təbrik edib.
Rusiya Federasiyasının Prezidenti Orbanı təbrik edərkən, Rusiya Federasiyası ilə Macarıstan arasında çətin vəziyyətə baxmayaraq, qorunub saxlanılan münasibətlərin müsbət dinamikasına diqqət çəkib, həmçinin iki ölkə arasında konstruktiv, praqmatik qarşılıqlı fəaliyyətin davam etdirilməsi əhval-ruhiyyəsini təsdiqləyib.
Putin Vuçiçə təbrikində qeyd edib ki, Rusiya Federasiyası ilə Serbiya arasında ənənəvi dostluq münasibətləri konstruktiv şəkildə inkişaf edir.
NƏRGİZ