Erməni general həbsdən buraxılacaq

 14:20 30.12.2023     203

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenat Stepan Qalstyan 25 milyon dram girov müqabilində azadlığa buraxılacaq.

Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qalstyan 2021-ci il oktyabrın 2-dən həbsdədir.

Xatırladaq ki, 2021-ci il oktyabrın 2-də İrəvan Baş Yurisdiksiya Məhkəməsi hakim Karen Farxoyanın sədrliyi ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın həbsi barədə qərar qəbul edib.

Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və hərbi sursatların tədarükü prosesində xüsusilə külli miqdarda oğurluq faktları əsasında başlanmış cinayət işi çərçivəsində həbs edilib.

Bu işdə keçmiş müdafiə naziri David Tonoyan, silah təchizatçısı David Qalstyan (“Patron Davo”), Ermənistan Silahlı Qüvvələrinin aviasiya idarəsinin rəisi Avetik Muradyanın da adı keçir.

Eyni işə görə, aviasiya texniki əmlak xidmətinin rəhbəri Artem Ambaryan 5 milyon girov müqabilində azadlığa buraxılıb.