Rusiyalı deputat yeni il üçün həmkarlarına yumurta hədiyyə etdi
Voloqda vilayətinin deputatı yeni il üçün həmkarlarına yumurta verib.
Redaktor.az xəbər verir ki, bu barədə “Rise” Telegram kanalı yazır.
Siyasətçinin sözlərinə görə, belə bir hədiyyə ilə işçiləri sevindirmək istəyib: “Nəyi görmək istədiyinizi axtarırsınız? Əsas hədiyyənin 1 kiloqram qoz-fındıq olduğunu görmədiniz. Yumurtalar isə sadəcə əylənmək, Yeni il qabağı insanları şənləndirmək üçündür”, - o, nəşrə şərhində bildirib.
Eyni zamanda, ictimaiyyət də sosial şəbəkələrdə Aleksandr Qordeyevin qeyri-adi hədiyyəsinə reaksiya verib. “Ən qiymətli hədiyyə”, “Təqaüdçülər ancaq dodaqlarını yalaya bilərlər” deyə şəbəkə istifadəçiləri qeyd ediblər.
Qeyd edək ki, Rusiyada son günlər yumurta qıtlığı yaşanır. Azərbaycan bu səbəblə Rusiyaya yumurta ixracına başlayıb. Dekabrın əvvəlində İrkutsk vilayətinin hakimiyyət orqanları regional istehsalçılar və pərakəndə satış şəbəkələri ilə toyuq yumurtasının qiymətlərinin müəyyən edilməsinə dair memorandum imzalayıblar. Bu müqaviləyə əsasən istehsalçılar birinci və ikinci kateqoriyalı toyuq yumurtalarının satış qiymətlərini artırmamaq barədə razılığa gəliblər.
NƏRGİZ