Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək

 15:32 30.12.2023     208

Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Gereşenko “X”də yazıb.

Onun sözlərinə görə, buna səbəb dekabrın 29-da Ukraynada həyata keçirilmiş kütləvi raket hücumudur.

A.Gereşenko bildirib ki, bu kütləvi hücum nəticəsində rekord sayda insan həlak olub.

Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu olub. Nəticədə 27 nəfər ölüb, 144 nəfər yaralanıb.