Tələb olunan 300 min imzadan yarım milyonu toplandı

 15:57 30.12.2023     229

Rusiya prezidentliyinə namizəd Vladimir Putini dəstəkləyən vətəndaşların imzaları toplanıb.

Redaktor.az xəbər verir ki, bu barədə qərargahının mətbuat katibi Aleksandra Suvorova bildirib.

Suvorovanın sözlərinə görə, prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləmək üçün bütün Rusiya üzrə yarım milyondan çox vətəndaşın imzası toplanıb. Mətbuat katibi qeyd edib ki, bu gün Moskva vilayətindən ilk partiya Mərkəzi Seçki Qərargahına gəlib. O əlavə edib ki, digər bölgələrdən də imzalar yanvarın 5-dən sonra gəlməyə başlayacaq.

Suvorova vurğulayıb ki, ölkənin bütün bölgələrində Putinə dəstək üçün imza toplanması davam edir. "Biz insanların namizədimizi dəstəkləmək üçün imza atmaq hüququndan məhrum etmək istəmirik".

Qanuna görə, prezidentliyə namizəd kimi özünü irəli sürən namizəd ən azı 300 min vətəndaşın imzasını toplamalıdır. Eyni zamanda, Rusiya Federasiyasının hər bir subyektində namizədi ən azı 7,5 min seçici dəstəkləməlidir.

Rusiya Mərkəzi Seçki Komissiyası 2024-cü il martın 15-dən 17-dək üç günlük seçkilərin keçirilməsini təsdiqləyib. Beləliklə, bu, ölkə tarixində ilk çoxgünlük prezident seçkiləri olacaq.

NƏRGİZ