Albaniyanın keçmiş prezidenti ev dustaqlığına BURAXILDI
Albaniya məhkəməsi sabiq prezident və keçmiş baş nazir Sali Berişanın ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Prokurorlar 79 yaşlı Berişanı 2005-2009-cu illərdə baş nazir kimi öz nüfuzundan qohumlarını, xüsusən də kürəkəni Camarber Malltezi dövlət torpaqlarının özəlləşdirilməsi sövdələşmələrində zənginləşdirmək üçün istifadə etməkdə ittiham edirlər.
Berişa 1992-1997-ci illərdə prezident, 2005-2013-cü illərdə isə baş nazir olub.
Yusif EYVAZLI