Avropa Komissiyası Aİ-yə ən yaxın ölkələrin adını AÇIQLADI
Prosedur baxımından Avropa İttifaqına (Aİ) ən yaxın ölkələr Serbiya , Monteneqro , Şimali Makedoniya və Albaniyadır.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu müsahibəsində Avropa Komissiyasının Dəyərlər və Şəffaflıq üzrə vitse-prezidenti Vera Jourova deyib.
Jourovanın sözlərinə görə, namizəd ölkələr indi Aİ-nin bir hissəsi olmadan da ona yaxınlaşa bilərlər. Beləliklə, dövlətlər Avropa İttifaqı, nəqliyyat infrastrukturu və enerji ilə rəqəmsal qarşılıqlı əlaqə qura bilərlər.
Yusif EYVAZLI