İqlim fəalları Amsterdamda magistral yolu BAĞLADI
İqlim fəalları Amsterdamın cənubunda A10 avtomobil yolunu bağlayıblar.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, hərəkatın yüzlərlə nümayəndəsi iqlimə zərərli olan qalıq yanacaqların maliyyələşdirilməsini dayandırmağı tələb etmək üçün yola çıxıb.
Qeyd olunur ki, Amsterdam bələdiyyəsinin nümayişlərə qadağa qoymasına baxmayaraq, insanlar etiraz etməyə başlayıb. Fəallar da öz növbəsində fövqəladə hallar üçün ayrılmış zolağı bağlamayacağına söz veriblər. Eyni zamanda nəqliyyatın hərəkəti başqa magistral yola yönəldilib. Etirazın insidentsiz keçdiyi aydınlaşdırılır.
Yusif EYVAZLI