İndoneziyada güclü zəlzələ baş verdi
İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 134 min insanın yaşadığı Cayapura şəhərindən 179 km cənub-qərbdə olub.
Zəlzələnin ocağı 46 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.