Çində 5,3 maqnitudada zəlzələ baş verdi

 20:27 31.12.2023     232

Çində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 294 min nəfər əhalisi olan Baiyin şəhərindən 81 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.