Kim Çen In Cənubi Koreyanı təhdid etdi

 09:16 01.01.2024     286

Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ölkə ordusu iki tərəf arasında nüvə münaqişəsi olacağı təqdirdə Cənubi Koreyanın bütün ərazisini fəth etməyə davamlı olaraq hazırlaşmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə o, Fəhlə Partiyası Mərkəzi Komitəsinin plenar iclasında bildirib.

Kim Çen In vurğulayıb ki, ordu Koreya yarımadasında daim dəyişən təhlükəsizlik vəziyyətini diqqətlə izləməlidir.

"Nüvə böhranı halında Koreya Xalq Ordusu nüvə silahlı qüvvələri də daxil olmaqla, bütün fiziki vasitələri və qüvvələri dərhal səfərbər etməklə Cənubi Koreyanın bütün ərazisini fəth etmək üçün böyük hadisəyə hazırlığa davamlı təkan verməlidir", - o deyib.