Rusiyanın Bryansk vilayətinə növbəti dəfə PUA hücumu olub
Rusiyanın Bryansk vilayətinə növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Redaktor.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz teleqram kanalında yazıb.
O bildirib ki, Rusiya ordusunun elektron döyüş sistemləri Ukraynaya məxsus PUA-ları zərərsizləşdirib: "Hücum nəticəsində dağıntı və itki olmayıb".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl də Bryansk vilayətinə Ukrayna tərəfinin PUA-larla hücum etdiyi barədə məlumat yayılmışdı.