Danimarka Kraliçası taxtdan imtina edir

 15:11 01.01.2024     267

Danimarka Kraliçası II Marqret 52 illik hakimiyyətdən sonra taxtdan imtina edəcək. 

Redaktor.az Danimarkanın “TV 2” kanalına istinadən xəbər verir ki, 83 yaşlı Kraliça bu barədə məlumatı Yeni illə bağlı xalqa müraciətində açıqlayıb. 

O, 2024-cü il yanvarın 14-ü taxtdan imtina edəcək və bu postu oğlu şahzadə Frederikə təhvil verəcək. 

Onun sözlərinə görə, 2023-cü ildə belində keçirdiyi əməliyyat onu bu qərar barədə düşünməyə vadar edib. 

Qeyd edək ki, 1972-ci il yanvarın 14-ü Danimarka Kralı IX Frederik dünyasını dəyişdikdə taxt onun qızı II Marqretə keçib. Bu zaman onun 31 yaşı var idi. II Marqretin hakimiyyəti Danimarka tarixində ən uzun müddət davam edən rəhbərlik olub.