NATO-nun Baş katibi İsveçin 2024-cü ildə Alyansa üzv olacağından əmindir

 16:15 01.01.2024     257

NATO-nun baş katibi Yens Stoltenberq İsveçin 2024-cü ildə Alyansa üzv olacağından əmindir.

Redaktor.az xəbər verir ki, o, bu barədə xarici KİV-ə müsahibəsində deyib.

Y.Stoltenberq prosesin bu il ərzində yekunlaşacağına inamını ifadə edib: “Rəsmi Stokholm Ankara qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib”.

Eyni zamanda bildirilib ki, hazırda ABŞ və Türkiyə arasında F-16 qırıcı təyyarələrinin tədarükünə dair əlavə danışıqlar aparılır.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.