İstanbulda nazirlər və deputatlar Fələstinə dəstək yürüşünə çıxdılar

 16:30 01.01.2024     272

İstanbulda Fələstinə dəstək yürüşü keçirilib.

Redaktor.az xəbər verir ki, yürüşdə minlərlə şəxs iştirak edib.

Səhər saatlarında başlayan tədbir Qalata körpüsündə başa çatıb. Yürüş zamanı “Azad Fələstin!”, “İşğala son!”, “Qatil İsrail!” şüarları səsləndirilib.

Yürüşə Türkiyənin idman naziri Osman Aşkın Bak, səhiyyə naziri Fəxrəddin Qoca, TBMM-in keçmiş sədri Mustafa Şəntop, deputatlar Hulusi Akar, Nurəddin Nəbati, Süleyman Soylu, “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraqdar və siyasi partiyaların nümayəndələri qatılıb.