Yaponiyada zəlzələlərin sayı 30-u ötdü

 17:15 01.01.2024     355

Xəbər verdiyimiz kimi, bu gün Yaponiyada baş verən bir neçə güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, artıq ölkədə baş verən zəlzələlərin sayı 30-u ötüb. Müxtəlif gücə malik bu yeraltı təkanlardan ən güclüsü 7,6 maqnitudalı olub. 

Bununla belə, yaxın həftələrdə afterşokların davam edəcəyi bildirilir. 

Hazırda ölkənin bütün qərb sahili üçün sunami təhlükəsi qüvvədədir. Ölkə sahillərində baş verən ən yüksək dalğanın hündürlüyü 5 metrə çatıb. 

Ən son məlumata görə, təbii fəlakət nəticəsində 10-dan çox insan xəsarət alıb, eləcə də ölkənin qərbində güclü yanğınlar baş verib. Eyni zamanda, ölkənin dağ bölgələrində sel və torpaq sürüşməsi qeydə alınıb.