Çexiya prezidenti ölkənin avroya keçidini dəstəkləyib

 19:40 01.01.2024     276

Çexiya prezidenti Peter Pavel həmvətənlərinə Yeni il müraciətində ölkənin vahid Avropa valyutasını qəbul etməsi üçün konkret addımlar atmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Novinky.cz” məlumat yayıb.

O, xatırladıb ki, ölkə 2004-cü ildə Avropa İttifaqına daxil olanda avro ilə ödənişlərə keçmək öhdəliyini “könüllü olaraq qəbul edib”.

“Bizim bu öhdəliyi (avronu qəbul etmək - Qeyd) həyata keçirməyə aparacaq konkret addımlar atmağa başlamağın vaxtı çatıb”, - prezident bildirib.

P.Pavel onu da xatırladıb ki, Çexiya 2024-cü ildə müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaqla NATO qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək. O, hökumətin təşəbbüsü ilə qüvvəyə minən dövlət büdcəsi vəsaitlərinə qənaət etmək üçün əhali tərəfindən bəyənilməyən sərt tədbirlərin görülməsini zəruri adlandırıb (report).