İranın hərbi gəmisi Qırmızı dənizə daxil oldu

 20:52 01.01.2024     215

İranın “Əlborz” hərbi gəmisi Babül-Məndəb boğazından keçərək Qırmızı dənizə daxil olub.

Redaktor.az xəbər veirr ki, İranın hərbi gəmiləri 2009-cu ildən gəmilərin təhlükəsizliyini təmin etmək üçün bölgədə fəaliyyət göstərir.

Yəməndə İranın dəstəklədiyi husilər son həftələrdə Qırmızı dənizdə 20-dən çox gəmiyə hücum edib. İran husilərin müstəqil hərəkət etdiyini və İrandan heç bir təlimat almadıqlarını bildirir.

Bununla belə, Tehran keçmişdə üsyançı qruplaşmanı pilotsuz təyyarələr, qanadlı raketlər və ballistik raketlərlə təmin edib ki, onlardan bəziləri son hücumlarda istifadə olunub (report).