Finlandiya prezidenti Avropanı silah istehsalına investisiya qoymağa çağırdı
Avropa gücünü və möhkəmliyini sübut etmək üçün silah istehsalının artırılmasına sərmayə qoymalıdır.
Redaktor.az xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niiniste Yeni il müraciətində deyib.
"Avropa oyanmalıdır. Bizim hərbi istehsala sərmayələr təkcə lazımi yardımı göstərmək üçün lazım deyil. Bu, Avropanın güclü olduğuna inandırmaq üçün lazımdır. Müharibə aparmaq üçün deyil, sülhü təmin etmək üçün güclü olmaq lazımdır", - Niiniste bildirib.