İsraildən Ərdoğanla bağlı sərt BƏYANAT
İsrailin Xarici İşlər Nazirliyi bəyan edib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə rəsmi Tel-Əviv Ankaradakı səfir vəzifəsinə diplomat göndərməyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen X mikrobloqunda yazıb.
“Nə qədər ki, Ərdoğan Türkiyənin prezidentidir, İsrail səfirinin geri dönəcəyi yer yoxdur”, o qeyd edib.
Bundan əvvəl Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edərək Netanyahu ilə Hitlerin hərəkətləri arasında heç bir fərq olmadığını bildirmişdi.